Rusiyanın Yekaterinburq şəhərində saxlanılan 7 İŞİD üzvündən ibarət cinayətkar qrup Moskva, Sankt-Peterburq və Uralda terror aktları həyata keçirməyi planlaşdırıblar.
“RİA Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Saxlanılanlar Rusiya və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.
Məlumatda iddia olunur ki, silahlı dəstəyə Türkiyədən gələn terrorçu rəhbərlik edib. Terror aktlarını həyata keçirdikdən sonra cinayətkar qrup Suriyaya gedərək hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırıb.
Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 205 (terrorçuluq fəaliyyəti göstərmək), 222 (qeyri-qanuni silah dövriyyəsi), 222.1-ci (partlayıcı qurğuların qanunsuz saxlanması) maddələri üzrə cinayət işi açılıb. /apa/