Rusiyada təyyarə qəzası baş verib
19.12.2016 613 0
Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb.
“Ria-Novosti”-yə istinadən yayılan məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında “İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur. 20 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir. Onların əksəriyyəti ağır vəziyyətdədir.
Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər