Dünyada yanacaq qiymətlərinin ucuzlaşmasından və Qərbin sanksiyalarından əziyyət çəkən Rusiyada ötən il Ümumdaxili Məhsul (ÜDM) 3.7 faiz azalıb. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə neftin qiyməti qalxmasa Rusiyada resessiya 2016-cı ildə də davam edəcək. Qərb ölkələrinə qarşı ərzaq embarqosu ilə Rusiya höküməti “idxalın yerli məhsulla əvəzlənməsi” siyasətini həyata keçirir. Rusiya prezidenti yerli müəssisələri daxili ərzaq tələbatını ödəməyə çağırsa da, ekspertlərə görə bunun gerçəkləşməsinə illər lazım gələcək.
“Müəyyən çətinliklər var, xüsusilə əhalinin çoxu dollara görə qiymət artımından əziyyət çəkir. Ancaq mənə elə gəlir ki, hər şey tezliklə qaydasına düşəcək, çünki biz bundan çətin günlərdən sağ çıxa bilmişik.” – deyə yerli sakinlərdən biri bildirir.
Putinin 2014-cü ildə Qərbin Krım yarımadasını ilhaq etməsilə əlaqədar tətbiq etdiyi sanksiyalara cavab olaraq, ABŞ və Avropa Birliyi ölkələrindən ərzaq məhsullarının idxalına qadağa qoyub. Neftin qiymətinin ucuzlaşmasından sonra rublun devalvasiyası ilə ərzaq qiymətləri 14 faizdən çox bahalaşıb. Rusiyanın dövlət statistikası ölkədə işsizliyin sürətlə artdığını bildirir.
Olqa Druqanina kimi sakinlər üçün isə Rusiyanın iqtisadi çətinlikləri böyük biznes imkanına çevrilib. Əvvəllər beton zavodunda işləmiş xanım, devalvasiyadan sonra əlində olan pula torpaq sahəsi götürərək, Moskvanın kənarında kiçik ferma qurub.
“Sanksiyaların hesabına, biz inkişaf etməyə başladıq və kiçik mağazalarar və supermarketlər və xüsusilə sağlam ərzaq almaq istəyən insanlar bizimlə maraqlanmağa başladı.” – deyə Olqa Druqanina bildirir.
Biznesi sürətlə inkişaf edən və Moskvanı yerli tam orqanik ət məhsulları ilə təmin edən xanımın hazırda 18 işçisi, 450 baş inəyi, keçisi və qoyunu var./anspress/