Rusiyada 1991-ci ildən etibarən rekord səviyyədə deflyasiya qeydə alınıb.
"Kommersant" qəzetinə istinadən xəbər verilir ki, bu barədə Rusiya Dövlət Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ötən ay ölkədə deflyasiya 0,5% təşkil edib. Bundan əvvəl, ən böyük deflyasiya 2003-cü ilin avqustunda qeydə alınıb - 0,41%. Deflyasiyaya səbəb kimi meyvə-tərəvəz qiymətlərinin kəskin azalması göstərilir.
Nəticədə Rusiyada avqust ayında illik inflyasiya 3,3%-ə düşüb. İlin əvvəlindən isə inflyasiya 1,8% təşkil edib. Ekspertlər inflyasiyanın azalmasından sonra Mərkəzi Bankın uçot dərəcəsini azalda biləcəyini bildiriblər. Qeyd edək ki, qurumun iyulun 28-də keçirilmiş son iclasında uçot dərəcəsi dəyişdirilməyərək 9% səviyyəsində saxlanılıb./Report/