Rusiyada on İŞİD üzvü öldürüldü
22.11.2015 735 0.0 0

Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

 

“Rossiyskaya qazeta”ya istinadla verilən məlumata görə, öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.

 

Onların kimliyi müəyyənləşdirilir.

 

Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.    

 

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

 

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar