Rusiyada növbəti Zika virusuna yoluxma halı qeydə alınıb
06.02.2017 637 0.0 0

Rusiyada növbəti Zika virusuna yoluxma halı qeydə alınıb.

Qazeta.info "Report"-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Federal İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti - red.) rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə, virus Meksikadan qayıdan turistdə aşkar edilib.

Xatırladaq ki, ötən ilin noyabr ayında "Rospotrebnadzor" rəhbəri Rusiyada Karib hövzəsindən gəlmə 13 virusa yoluxma halı qeydə alındığını xəbər verib.

Zika virusu meymunlarda müşahidə edilən və bəzən ağcaqanadlar vasitəsilə insanlara keçən, qızdırma ilə xarakterizə olunan kəskin yoluxucu infeksiyon xəstəlikdir. Virus daha çox hamilə qadınlar üçün təhlükəlidir, çünki onun ana bətnində olan körpədə potensial ciddi beyin zədələnməsi ilə mikrosefaliyaya səbəb olduğu güman edilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar