Rusiyada növbəti dəfə hərbi təyyarə qəzaya düşdü
14.07.2015 599 0
Rusiyanın Xabarovsk vilayətində “Тu-95” strateji bombardmançı təyyarə qəzaya uğrayıb.
RİA “Novosti”yə istinadən verilən xəbərə görə, Rusiya güc strukturlarından mənbə bildirib ki, qəza zamanı təyyarədə olan 7 ekipaj üzvünün hamısı təyyarənin göyərtəsini tərk etməyə müvəffəq olub.
Təyyarənin düşdüyü ərazini müəyyən etmək üçün An-12 patrul təyyarəsi axtarış aparır.
Xatırladaq ki, bu, son 40 gün ərzində Rusiyanın qəzaya uğrayan 6-cı hərbi təyyarəsidir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər