Rusiyada meşədə qanunsuz ağac kəsən üç azərbaycanlı tutulub
17.11.2017 1050 0
Rusiyanın İrkutsk vilayətinin, Çunski rayonunda üç azərbaycanlı saxlanılıb.
“Newirkutsk.ru”-a istinadən verilən xəbərə görə, İrkutsk vilayət prokurorluğunun yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər meşə ağaclarını qanunsuz kəsməkdə təqsirləndirilirlər. Onların dövlətə 1,6 milyon rubldan çox ziyan vurduğu qeyd olunub.
Məluma olub ki,həmin şəxslərdən biri daha əvvəl Rusiyadan deportasiya edilsə də, saxta sənəd düzəltdirərək, yenidən ölkəyə qayıdıb.
Qeyd edək ki, həmin şəxsləri ittiham olunduqları maddə ilə 7 ilədək həbs və 300-500 min rubl pul cəzası gözləyir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər