Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar
24.05.2017 853 0.0 0

Rusiyanın Amur vilayətinin Maqadan rayonunun Uşumun qəsəbəsində məktəblilər Pioner günü Vladimir İliç Leninin heykəlini sındırıblar.

Məlumata görə, bu barədə "Amurskaya pravda"ya istinadən UNN məlumat yayıb.

Bildirilir ki, nəticədə abidənin özülü zədələnib, heykəlin əlləri və ayaqları, həmçinin pencəyinin bir hissəsi sındırılıb.

Faktla bağlı 8 və 9-cu siniflərdə oxuyan iki yeniyetmə saxlanılıb.

Şagirdlər Sovet rəhbərinin heykəlini dəyənəklə vurduqlarını bildiriblər. Onlar öz hərəkətlərini Leninin siyasətilə fikir ayrılığında olmaları ilə izah ediblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar