Rusiyada azərbaycanlılar arasında ölümlə nəticələnən kütləvi dava olub. Hadisə Sankt-Peterburq şəhərində qeydə alınıb.
Məlumata görə, “Apraksin” adlanan tarixi abidə ərazisində baş verən dava zamanı bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Marinsk xəstəxanasına çatdırılıb.
Dava zamanı xəsarət alan Azərbayan vətəndaşlarının birinin 32, digərlərinin 28 və 31 yaşı var.
Bıçaq yarası almış bir nəfər təcili tibbi yardım maşınında xəstəxanaya gedən yolda dünyasını dəyişib. Digərləri isə xəstəxanada müayinə edilir.
Faktla bağlı araçdırmalar aparılır.
Bu ilin 26 may tarixində Volqaqradda Ruslarla Azərbaycanlılar arasında dava baş vermişdi.
Dava zamanı yerli sakinlərdən bir təqaüdçü xəsarət almışdı.
Hadisə nəticəsində qəsəbənin 4 sakini polis bölməsinə aparılıb. Dava ilə bağlı cinayət işi açılıb. /anspress/