Rusiyada əhalinin 41 faizi Leninin meyitinin basdırılmasını istəyir
05.12.2017 893 0
Rusiyada əhalinin 41 faizi Vladimir Leninin “Mavzoley”də saxlanılan mumiyalanmış meyitinin basdırılmasını istəyir.
“İnterfaks”a istinadən verilən xəbərə görə, bu barədə sorğunu aparan “Levada-Sentr”dən məlumat verilib.
Respondentlərin 41 faizi isə Leninin meyitinin basdırılmasının əleyhinədir. Onlar meyitin muzeydə saxlanılmasını düzgün hesab edir.
Sorğu oktyabrın 24-28-də Rusiyanın 48 regionunda 1600 nəfər arasında aparılıb. Sorğu zamanı 18 faiz əhali suala cavab verməkdə çətinlik çəkib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər