Rusiyada hərbi maşın partladılıb, ölən və yaralananlar var
30.03.2016 531 0
Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” markalı hərbi maşını partladıblar. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, nəticədə bir hərbçi ölüb.
Məlumata görə, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb.
İnsident Mahaçkala yaxınlığında yerli vaxtla 21.00 radələrində baş verib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər