Rusiyada dollar sürətlə bahalaşır
20.06.2017 960 0.0 0

Rusiyanın nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi bu gün 59 rubl səviyyəsini ötüb. Bu (59,3 RUB/USD), son üç ayın maksimal həddidir.

Məlumata görə, dolların bahalaşmasına səbəb neftin qiymətinin 2%-dən çox azalması olub. 

Bununla yanaşı, dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsi də Rusiyada dolların bahalaşmasına səbəb olan digər amil hesab edilir. 

"Report"un analitik qrupu yaxın günlərdə dolların qlobal valyuta bazarında bir qədər də bahalaşacağını, neft qiymətlərinin isə düşəcəyini proqnozlaşdırır. Nəticədə, dolların Rusiyada 60 RUB/USD həddini keçməsi gözlənilir. Bu da öz növbəsində Azərbaycan manatının cari məzənnəsinə təzyiqi artıracaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar