Rusiyanın Xanti-Mansi muxtar vilayətində mülki helikopter qəzaya uğrayıb.
Məlumata görə, Kedrovoe kəndi yaxınlığında qəzaya uğrayan AS-350 helikopterinin göyərtəsində 5 nəfər olub: 3 sərnişin və 2 ekipaj üzvü. Helikopterin qalıqlarını və həlak olanların cəsədlərini yerli polis əməkdaşı aşkar edib. Polisin məlumatına görə, göyərtəsində neft şirkətinin əməkdaşları olan helikopter Surqutdan uçurdu.
Rusiya Federasiyasının İstintaq Komitəsinin nümayəndəsi Natalya Qunkinanın TASS-a verdiyi məlumata görə, ilkin məlumata əsasən 4 nəfər həlak olub, bir nəfərin aqibəti isə hələlik naməlumdur.
Hadisə yerində olan Rusiya fövqəlada hallar nazirliyinin nümayəndəsinin məlumatına görə, yerə çırpılan helikopter xırda hissələrə bölünüb.
Hadisənin baş verdiyi ərazi
Bu, Rusiyada son 3 gündə baş verən ikinci hadisədir.
Noyabrın 26-sı ölkənin Krasnoyarsk əyalətinin Turuxan ərazisində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Mi-8 helikopteri "Turuxan" aviaşirkətinə məxsus olub./anspress/