Rusiyada dəhşət: 15 ölü, 483 yaralı
13.04.2015 747 0.0 0

Rusiya Federasiyasının Xakasiya Respublikasında irimiqyaslı meşə yanğınları baş verib. 

Məlumata görə, yanğın bir neçə yaşayış məntəqəsini əhatə edib. Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 483 nəfərin xəsarət aldığı, 15 nəfərin isə öldüyü bildirilir. Xəsarət alanlardan 11-nin vəziyyəti ağırdır. 1 nəfər isə itkin düşmüş hesab edilir. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla əlaqədar regionda fövqəladə vəziyyət elan edilib. 500-dən çox adam evakuasiya edilib. 120-ə yaxın evin yandığı, 900-ə yaxın evə isə qismən ziyan dəydiyi bildirilir. 

Yanğınla mübarizəyə 1000-dən çox yanğınsöndürən cəlb edilib. Yanğınsöndürənlər hələlik 4 yanğını nəzarət altına ala biliblər. 

İlkin ehtimala görə, yanğına biçilmiş əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması, quru hava və güclü külək səbəb olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar