Rusiyada çay qırmızı rəngə boyandı
30.01.2018 904 0
Rusiyanın Tümen vilayətində Molçanka çayının suları qırmızı rəngə boyanıb.
Məlumata görə, suyun istixanalardan gələn kimyəvi maddələr səbəbi ilə bu rəngə boyandığı ehtimal olunur.
Yerli sakinlər bir həftəyə yaxındır ki, çayın bu rəngdə olduğunu bildirirlər.
Qeyd olunur ki, suyun təhlilinin aparılması üçün ekspertlərə müraciət olunub. Yalnız ekspertlərin təhlillərindən sonra bu qəribə olayın səbəbləri bilinəcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər