Rusiyada biznesmen və azyaşlı oğlu qətlə yetirilib
17.01.2018 1017 0.0 0

Rusiyanın Orenburq vilayətində biznesmen və oğlu öldürülüb.

 

“RİA Novosti” agentliyinə istinadən verilən xəbərə görə, cinayəti törətmiş şəxslər izi itirmək üçün cəsədlərin olduğu avtomobili yandırıblar.

 

35 yaşlı biznesmen və 7 yaşlı oğlunun cəsədləri  yaşayış binalarından birinin önündə yanmış “Toyota Land Crusier 200” markalı avtomobilin salonundan tapılıb.

 

Cəsədləri hadisə yerinə çağırılan yanğınsöndürənlər aşkar ediblər.

 

Hazırda faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Orenburq vilayət üzrə idarəsi tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar