Rusiyada bazarı yanan azərbaycanlı danışdı-FOTOLAR
12.03.2015 668 0.0 0

Kazan şəhərində külə dönən "Admiral" ticarət mərkəzinin sahibi iş adamı Hüseyn Qəhrəmanov hədələnib.

"LifeNews"a istinadla verilən məlumata görə, ticarət evinin daxil olduğu "Zarya" cəmiyyətinin direktoru binanın yandırılacağı ilə bağlı hədələr alıb. 

H.Qəhrəmanov bu hədələri ciddi qəbul edib və ticarət mərkəzinin mühafizəsini gücləndirib. Hətta onun qohumları da bu işə cəlb edilib. 
"Hədələyirdilər. Amma mən kim olduqlarını bilmirəm. Mühafizə xidmətindən əlavə mənim qohumlarım, yaxın dostlarım da gecə-gündüz növbə çəkirdilər". 

Onun sözlərinə görə, yanğından sonra demək olar ki, çox satıcı və müştərilər binadan çıxıblar. Lakin sonradan mallarını xilas etmək üçün yenidən yanan binaya giriblər. 
"Onlar təhlükəsilik xidməti, polisi, yanğınsöndürənləri yararaq keçiblər. Hamının krediti borcu var. 600 nəfəri saxlamağa çalışın..."

H.Qəhrəmanov həm də Azərbaycan mətbəxi nümunələrini təqdim edən "Davıl" restoranınn sahibidir. /anspress/

 

 

 

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar