Rusiyada azərbaycanlı şirkət rəhbərini iki yumruqla öldürüb
08.02.2016 591 0
Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib.
“Tulskiye novosti” saytına istinadən verilən xəbərə görə, hadisə fevralın 6-da gecə saatlarında Tula vilayətində baş verib.
Elektromontaj işləri ilə məşğul olan “Balqa” MMC-nin direktoru Oleq Buyanov kafe yaxınlığında öldürülüb. Vilayət üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, firma direktoru ilə milliyyətcə azərbaycanlı olan tanışı arasında münaqişə baş verib. Münaqişəyə səbəb O. Buyanovun azərbaycanlıya borcu olub. Həmyerlimiz O. Buyanova iki yumruq zərbə endirib, nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər