Rusiyada azərbaycanlı iş adamı güllələnib
13.04.2015 807 0
Rusiyanın Saratov şəhərində azərbaycanlı güllənənib.
Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Volodya Muradov açıqlamasında bildirib ki, güllələnən şəxs əslən Azərbaycanın Bərdə rayonundan olan biznesmen, 35 yaşlı Orxan Oqtay oğlu Əliyevdir.
Hadisənin aprelin 12-si yerli vaxtla saat 04 radələrində baş verdiyini deyən V. Muradov bildirib ki, milisdə olan məlumata görə, hadisə mübahisə zəmində baş verib və hadisəni törədənlər hadisə yerindən qaçıblar. O. Əliyev hazırda şəhərdəki xəstəxanalardan birinə yeləşdirilib, vəziyyəti normaldır. Milis hadisəni törədənləri axtarır, hadisənin motivini araşdırır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər