Rusiyada azərbaycanlı ailəyə od vuruldu (VİDEO, FOTO)
29.01.2016 1534 0.0 0

 

 

Rusiyanın Ulyanovsk şəhərində kollektor valideynlərin borcuna görə iki yaşlı uşağı yandırıb. Məlumata görə, dəhşətli hadisənin qurbanı azərbaycanlı ailəsi olub.

Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə “Molotov kokteyli” atıb. “Molotov kokteyli” ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.

Nəticədə uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıb. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.

 

 

İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit götürdüyünü və dərhal onu qaytardığını bildirib. Onun sözlərinə görə buna baxmayaraq onun borclu qaldığı bildirilib. Faizlər 40 min rubla (820 manat) qalxıb. Hüseynovun sözlərinə görə, bir gün əvvəl ona və ailəsinə təhdidlər olub. Körpənin qohumlarının sözlərinə görə, bu məqsədlə onlar bir neçə dəfə kollektorların təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər.

 

 

Kollektor kimdir və o nədən ötrü yaradılıb?
Kollektor Agentliyi müəssisə, təşkilat, fiziki şəxs, yerli icra hakimiyyəti orqanları, kredit təşkilatlarının adından qanun çərçivəsində borcların yığılmasını və portfellərin idarə olunmasını təmin edir. Kollektor isə borclu müştəri ilə profilaktik və maariflənmə işləri aparan şəxsdir./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar