Başqırdıstan Respublikasının Blaqoveşensk rayonunun Karaqaykul kəndi yaxınlığında göyərtəsində üç nəfərin olduğu helikopter sərt eniş edib.
TASS-a istinadən verilən xəbərə görə, Privoljsk şəhərinin Nəqliyyat Prokurorluğu rəsmi teleqram kanalında bildirib ki, hadisənin səbəbləri və zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.
"İlkin məlumatlara görə, şəxsi helikopter Ufa - Pavlovka marşrutu ilə uçub. Təyyarənin göyərtəsində 3 nəfər olub. Helikopter Başqırdıstan Respublikasının Blaqoveşensk vilayətinin Karaqaykul qəsəbəsindən 4 km aralıda sərt eniş edib.
Hadisənin səbəbləri və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”, - deyə prokurorluqdan bildirilib.
Privoljsk şəhərinin nəqliyyat prokuroru Dmitri Konoşanın tapşırığına əsasən, Ufa Nəqliyyat Prokurorluğu yanvarın 6-da yerli vaxtla saat 23:20 radələrində AS350 helikopterinin təcili enişi ilə bağlı uçuşların təhlükəsizliyini yoxlayıb.
Ufanın nəqliyyat prokuroru və Rusiya İstintaq Komitəsinin Başqırdıstan Respublikası üzrə müstəntiqləri və xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerinə gedib.
Rusiyanın digər mətbu orqanları isə hadisə zamanı ölən və yaralananların olduğunu açıqlayıb. “İlkin məlumata görə, Başqırdıstanda şəxsi helikopterin sərt enişi zamanı bir nəfər ölüb, daha iki nəfər yaralanıb”, - yerli KİV-də yayılan xəbərdə qeyd edilir./Report/