Rusiyada ata evi yandırıb, üç uşaq yanaraq ölüb
15.02.2018 932 0.0 0

Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib.

 

RİA "Novosti"-yə istinadən verilən məlumata görə, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.

 

Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.

 

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, ilkin ehtimala görə, yanğın qəsdən törədilib.

 

Hadisədə şübhəli bilinən uşaqların atası saxlanılıb.

 

O yanğını qəsdlə törətdiyini etiraf edib. 25 yaşlı ata bildirib ki, sərxoş vəziyyətdə evi və əşyaları yandıraraq qaçıb. O bu əməli hansı səbəbdən törətdiyini açıqlamayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar