Rusiyada anonim zənglər: Putinin yoluna 50 bomba qoyulub
18.11.2017 968 0
Rusiya prezidenti Vladimir Putinin avtomobil kortejinin Sankt-Peterburq şəhərində keçəcəyi yolda 50 bomba quraşdırılması barədə 60 anonim zəng daxil olub.
Məlumata görə, bu barədə ölkə başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
Cümə günü Rusiya lideri Sankt-Peterburqda Mədəniyyət forumunda iştirak edib.
“Müxtəlif obyektlərdə, o cümlədən, prezident kortejinin keçəcəyi yollarda, təxminən 50 partlayıcı qurğunun quraşdırılması barədə 60-a yaxın anonim zəng daxil olub” - Pskov bildirib.
Kreml nümayəndəsinin sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları bütün obyektləri yoxlayıblar, lakin heç nə aşkarlanmayıb. D. Peskov onu da qeyd edib ki, zənglər dövlət başçısının iş qrafikinə təsir etməyib./Oxu.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər