Rusiyada 8 gündə 4-cü qubernator istefa verib
14.02.2017 559 0.0 0

Rusiyanın Ryazan vilayətinin qubernatoru Oleq Kovalyov səlahiyyət müddəti başa çatmadan istefa verib.

BBC-yə istinadən xəbər verilir ki, o, bunu vilayət hökumətinin iclasında elan edib.

“Prezidentə istefa ilə bağlı müraciətimi bir həftədən çoxdur göndərmişəm. Ona nə vaxt baxılacağını deyə bilmərəm”, - deyə o, vurğulayıb.

Doqquz ildir Ryazanın qubernatoru olan Oleq Kovalyov istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, son 8 gündə 4 qubernator istefa verib. Bundan əvvəl Rusiyanın Novqorod vilayətinin başçısı Sergey Mitin, Perm diyarının qubernatoru Viktor Basarqin və Buryatiyanın rəhbəri Vyaçeslav Naqovitsın da istefa verib. Onlar bu ilin sentyabrında yerli hökumət başçılığına keçiriləcək seçkidə iştirak etməyəcəklərini bildiriblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar