Rusiyada 62 dərəcə şaxta qeydə alınıb
21.12.2016 1361 0.0 0

Rusiyanın Xantı-Mansiysk bölgəsində 62 dərəcə şaxta qeydə alınıb.

Məlumata görə, bu barədə regionun ictimai və xarici əlaqələr departamentinin rəhbəri Yelena Şumakova bildirib. 

 

Onun sözlərinə görə, rekord temperatur neft mədənlərinin yerləşdiyi Bolşoy Olxovsk adlanan ərazidə qeydə alınıb: "Dünən Kazım Beloyarski qəsəbəsində mənfi 58 dərəcə temperatur olub. Bu gün isə havanın temperaturu -62 dərəcəyədək enib".
 

Şaxta səbəbindən regionun məktəblərində dərslər dayandırılıb. Anomal hava şəraiti səbəbindən yerli hava limanlarında reyslər gecikmələrlə həyata keçirilir.
 

Departament rəhbəri cümə gününə qədər şaxtalı havanın davam edəcəyini qeyd edib. 
 

Qeyd edək ki, Xantı-Mansiysk muxtar bölgəsi Tümen vilayətinin tərkibinə daxildir. Bu bölgə iqtisadi cəhətdən Rusiya iqtisadiyyatının donoru rolunu oynayır. Çünki əsas neft yataqları məhz bu regionda yerləşir. Belə ki, Yuqrada Rusiya neftinin 60 faizi hasil olunur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar