Rusiya prezidenti Vladimir Putin ölkəsinin ihtehsal etdiyi yeni hərbi vəsaitlərlə tanış olacaq.
Məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Rusiya lideri sabah hərbi ihtehsalla məşğul olan “ÇNİİTOÇMAŞ Mərkəzi elmi tədqiqat institutuna baş çəkəcək. Ölkə başçısı Moskva ətrafı Klimovskdə yerləşən hərbi sənaye kompleksinin yeni perspektivli silahları ilə tanış olacaq.
Vladimir Putin-Rusiya prezidenti
"Həmin gün prezident həmçinin perspektivli tədqiqatların Fondunun inkişafları məsələləri üzrə Hərbi-sənaye komissiyasının iclasını keçirəcək", -deyə xəbərdə deyilir.
“ÇNİİTOÇMAŞ” Mərkəzi elmi tədqiqat institutu "Ratnik" döyüş ekipirovkasının istehsalçı və təchizatçısıdır. Zavod həmçinin yaxın döyüş silahları ihtehsal edir.
"Ratnik" döyüş ekipirovkası
Keçən il Rusiya prezidenti Vladimir Putin ölkəsinin silah-sursat və hərbi texnikanın ixracında ABŞ dan sonra olduğunu bildirmişdi.Putinin sözlərinə görə, Rusiya ötən il 60-dan çox ölkəyə silah və hərbi texnika satıb. /anspress/