Rusiya yeni zenit artilleriya kompleksi hazırlayır.
Məlumata görə, bu barədə Rusiya Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, general-mayor Aleksandr Leonov bildirib.
Rusiyada hazırlanacaq yeni zenit artilleriya kompleksinin kalibri 57 millimetr olacaq. "Bizim "Tunquska" və "Şılka" komplekslərimizə dəyişik kimi 57 millimetr kalibrdə perspektivli zenit artilleriya kompleksi işlənir", - deyə Leonov bildirib.
General-mayor Aleksandr Leonov
Neftin qiymətinin aşağı düşməsi və qərbin iqtisadi sanksiyalarına baxmayaraq Rusiya müdafiə sənayesini fəal inkişaf etdirməyə davam edir. Həmçinin məlum olub ki, xaricdə Rusiya silahına maraq əhəmiyyətli dərəcədə artıb.
"Tunquska" kompleksi
Hava sərhəddini pozduğu üçün rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Rusiya "S-400" raket komplekslərini Suriyaya yığıb. Bununla Rusiya Suriya səmasını Türkiyə və NATO-ya qapatmağı planlaşdırır. Kompleks Rusiyanın Suriyadakı hərbi bazası olan "Hmeymim"ə yerləşdirilib. Putinin ən təhlükəli silahını Suriyaya göndərməsi dünyaya göz dağı olaraq şərh edilir. Kompleks 400 km məsafədə aerodinamik hədəfləri, 60 km-dək məsafədə taktiki-ballistik hədəfləri (qanadlı raketlər, təyyarələr) vurmaq gücünə malikdir. "S-400" 600 km məsafədə 100 hədəf aşkarlaya bilir. 400 km məsafədə isə, eyni anda 24 hədəfi məhv etməyə qadirdir. Kompleks, yerdən 10 metrdən 25-30 km hündürlükdə olan obyektləri məhv etmək qabiliyyətinə malikdir. Bu kompleks hava-kosmik hücum zamanı hədəflərin məhvi üçün nəzərdə tutulub.
Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib. /anspress/