Rusiya hazırda Ukraynanın şərqində yaranmış nisbi sakitlikdən yeni hücuma hazırlıq üçün istifadə edə bilər.
Məlumata görə, bunu ABŞ hərbi hava qüvvələri komandanı, NATO-nun Avropadakı qüvvələrinin baş komandanı, general Filip Bridlav deyib.
O, ABŞ Konqresində çıxışı zamanı bilfirib ki, Rusiya Ukraynanın şərqində separatçıların ərazi üstünlüklərini qoruyub saxlamaqla qüvvələrini yenidən qruplaşdırmağa çalışır: "Onların bütün hərəkətləri yeni hücuma hazırlaşdıqlarını göstərir.”
ATƏT müşahidəçiləri və ABŞ nümayəndələri bildiriblər ki, təmas xətti boyunca atəşkəsə ümumən riayət edilir. Hazırda Rusiya Ukrayna ilə sərhəddə ötən ilin oktyabrından bəri ən böyük canlı qüvvə toplayıb, həmçinin ötən ilin avqustundan bəri buraya ən böyük havadan müdafiə qüvvələri gətirib.