Rusiya XİN: Tramp administrasiyası ilə dialoqa hazırıq
27.01.2017 797 0.0 0

Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ilə tam dialoqa hazırdır”.
 
Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 
 
“O ki qaldı ABŞ-ın yeni prezident administrasiyası ilə bizim qarşılıqlı fəaliyyət strategiyamıza, bir daha təkrar edirəm ki, biz administrasiyanın sonadək formalaşmasını, əsas nazirlərin təyinatını gözləyirik və tam dialoqa hazırıq”, - deyə Rusiya XİN-in sözçüsü qeyd edib.
 
Xatırladaq ki, yanvarın 28-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olacaq.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar