Rusiya XİN: ABŞ-a qarşı cavab tədbirləri hazırlanıb
28.06.2017 742 0
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.
"Gazeta.ru"ya istinadən xəbər verilir ki, o, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib.
"Cavab tədbirləri hazırdır" – deyə o vurğulayıb.
Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər