Rusiya Xəzərdə qəfil təlimlərə başladı
25.04.2017 966 0.0 0

Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.

Təlimlərə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk", "Həştərxan" və "Mahaçqala" kiçik artilleriya gəmiləri və s. cəlb edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar