Rusiya və Türkiyə prezidentlərinin görüşü başlayıb
11.12.2017 721 0
Ankarada Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb.
Türk mediasına istinadən verilən məlumata əsasən, Putin və Ərdoğan birgə iri layihələrin həyata keçirilməsinin gedişi, ilk növbədə, energetika sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, Türkiyə və Rusiya rəhbərləri əsas beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər