Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
09.09.2016 632 0
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Suriya münaqişəsinin həllinə dəstəklə bağlı səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif kanallarla aktiv təmasların davam etdirilməsi razılaşdırılıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər