Rusiya və Türkiyə İŞİD-ə qarşı birgə əməliyyat keçirib
27.01.2017 782 0
Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Hələb əyalətində İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, əməliyyat Əl-Bab yaşayış məntəqəsinin yaxınlığında keçirilib. Nəticədə üç komanda məntəqəsi və rabitə qovşağı, habelə terrorçuların bir neçə dayaq məntəqəsi məhv edilib.
Məlumata görə, birgə əməliyyat Suriya tərəfi ilə razılaşdırılıb.
Əməliyyata Rusiya tərəfindən SU-24M bombardmançı və SU-35C qırıcı təyyarələri, Türkiyə tərəfindən isə F-16 və F-4 çoxfunksiyalı qırıcıları təyyarələri cəlb olunub. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər