Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
28.03.2016 488 0
Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
Məlumata görə, Vladimir Putinlə Həsən Ruhani telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusunun uğurlu fəaliyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, dünya mədəniyyətinin xəzinələrindən biri sayılan Palmira şəhərinin İŞİD-dən azad olunması Suriyada terrorçu qruplara qarşı mübarizə kontekstində əlamətdar hadisədir.
Bundan başqa Rusiya və İran prezidentləri ikitərəfli münasibətlərə dair gündəmdə olan aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər