Rusiya və ABŞ Suriyada birdə əməliyyatlarla bağlı danışıqlara başlayıb
20.05.2016 481 0.0 0

Rusiya və ABŞ Suriyada hərbi əməliyyatların razılaşdırılması ilə bağlı danışıqlara başlayıblar.
 
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, mayın 19-da İordaniyada Moskva və Vaşinqton arasında Suriyada birgə əməliyyatların formatının hazırlanmasına dair məsləhətləşmələr başlayıb: “Biz Suriyaya Beynəlxalq Dəstək Qrupunun həmsədri kimi ABŞ-a “Cəbhat ən-Nüsra” qruplaşmasına, atəşkəs rejimini dəstəkləməyən qanunsuz silahlı birləşmələrə, o cümlədən silah və döyüş sürsatı karvanlarına, Suriya-Türkiyə sərhədini qanunsuz keçən silahlı bölmələrə zərbə endirilməsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviasiyasının və Rusiya Hava Kosmik Qüvvələrinin mayın 25-dən birgə fəaliyyətə başlamasını təklif edirik”.
 
Nazir qeyd edib ki, bu çərçivədə yaşayış məntəqələrinə və digər mülki obyektlərə hava zərbəsinin endirilməsi istisna edilməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar