Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.
Sputnik-ə istinadən xəbər verilir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 zirvəsinə qatıldığı Hamburqda bəyan edib.
Lavrov bildirib ki, Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək.
"ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb" - Lavrov deyib.
Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib. Görüşdə Suriya və Ukrayna, terrorizmlə mübarizə, kibertəhlükəsizlik məsələləri müzakirə edilib./Trend/