ABŞ-ın dövlət katibi Reks Tillersonun Afrika ölkələrinə səfəri başlayır.
Məlumata görə, bu barədə Dövlət Departamenti xəbər yayıb.
Xəbərdə qeyd edilir ki, bu, ABŞ dövlət katibinin Afrikaya ilk səfəridir. Səfər martın 6-dan 13-dək davam edəcək. Amerika diplomatiyasının rəhbəri Çada, Cibutiyə, Efiopiyaya, Keniyaya və Nigeriyaya səfər edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Tillersonun səfər edəcəyi Efiopiyada olacaq. Rəsmi Moskva xarici işlər naziri Sergey Lavrovun Tillersonla görüşünün keçirilməsini təklif edib. Lakin Dövlət Departamenti hələlik bu təklifə cavab verməyib.
Maraqlısı odur ki, Tillerson Afrika ölkələrinə səfərini Lavrovun səfərindən dərhal sonra gerçəkləşdirmək qərarına gəlib. Martın 5-dən başlanan səfər müddətində rusiyalı nazir Anqola, Zimbabve, Mozambik, Namibiya və Efiopiyaya baş çəkəcək. Politoloqlar iki güc mərkəzi arasında Afrika ölkələrində öz təsiri dairələrini gücləndirmək uğrunda mübarizənin başlandığını istisna emirlər./Report/