Rusiyanın “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz”ına qaza olan borc hesabını göndərib. Məlumata görə, “Naftoqaz” 10 gün ərzində borcunu ödəməlidir.
“Qazprom”la “Naftoqaz” arasında mövcud müqaviləyə əsasən alıcı hər il qaza olan minimum illik məbləği ödəməyə borcludur. Müqavilənin şərtlərinə əsasən, 2015-ci ilin 3-cü rübü ərzində qazın minimum illik miqdarı 10.485 mld kubmetr təşkil edib. Bunu nəzərə alaraq 2015-ci ilin üçüncü rübündə "Qazprom" Ukraynaya 2,549 milyard dollar məbləğində borcun hesabını göndərib”, - deyə “Qazprom”un məlumatında qeyd olunur.
”Ukrayna 2015-ci ilin 3-cü rübündə faktiki olaraq Rusiya qazını almaqdan imtina edib. Bu baxımdan həmin dövrdə “al, ya ödə” qaydasından istifadə etməməklə bağlı heç bir razılaşma olmayıb”, - deyə “Qazprom” şirkətinin rəhbəri bildirib.
Aleksey Miller - “Qazprom” şirkətinin rəhbəri
2015-ci ildə Ukrayna Rusiyadan cəmi 6.1 mld kubmetr qaz almaqla antirekord vurub. 2014-cü ilin sonunda Ukraynaya 8.197 mld dollar qaz borcu yazılmışdı. 2015-ci ilin iyununda isə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller "Naftoqaz"ın borcunun 26.7 mld-a çatdığını bildirmişdi. Daha sonra isə "Qazprom" hesabı dəqiqləşdirərək Ukrayna şirkətindən ümumilkdə 29 mlrd dollar tələb etmişdi./anspress/