Rusiya Türkiyəyə hücum etdi
06.10.2015 1314 0.0 0

Türkiyə ikinci dəfə Rusiyanın Türkiyədəki səfirindən izahat tələb edib.

Məlumata görə, Rusiya döyüş təyyarəsinin Türkiyənin hava məkanını ikinci dəfə pozmasının ardından, Rusiyanın Türkiyədəki səfiri yenidən Türkiyə xarici işlər nazirliyinə çağırılıb.

Bundan əvvəl də oktyabrın 5-də baş vermiş ilk pozuntuya görə, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. 

Rusiya tərəfi bildirib ki, hadisə “naviqasiya xətası” ilə bağlıdır və onlar məsələni Ankaraya “izah ediblər”.

"Rusiya hərbi hava təyyarələri BBC Su-30 və Su-24 ikinci dəfə Xatay ərazisində Türkiyə hava məkanını daha təhlükəli səviyyədə pozub. Türkiyə hakimiyyətinin kəskin xəbərdarlığına baxmayaraq, onlar yenidən bu ölkənin hava məkanına soxulublar", - deyə Şimal-Atlantik şurasının bəyanatında deyilir.

 

 


Türkiyənin Hatay ərazisi


Türkiyə xarici işlər naziri Firudin Sınırlıoğlu hadisəni rusiyalı həmkarı Sergey Lavrov və NATO-dakı tərəfdaşları ilə müzakirə edib.

Kremldən verilən məlumata görə, şənbə günü Rusiyaya məxsus qırıcı təyyarələrin Türkiyə üzərindən keçməsi tam təsadüfdür. Bu havanın pis olması ilə əlaqədardır və təyyarələr yalnız bir neçə saniyə Türkiyə hava məkanında qalıblar. Sonra dərhal istiqamətlərini dəyişiblər.

ABŞ-ın dövlət katibi Con Kerri Türk hava məkanında Rusiya təyyarələrinin uçuşlarına münasibətini bildirərək deyib ki, Rusiya təyyarələri bu ərazilərdən keçərkən Türk təyyarələri ilə toqquşa bilərdi. Kerri onu da əlavə edib ki, Türkiyə təyyarələri vurmaq hüququna da malikdir.

 


Con Kerri - ABŞ-ın dövlət katibi


Moskva bir neçə gündür ki, Suriya hakimiyyətini dəstəkləmək üçün hava hücumlarına başlayıb. Türkiyə və Qərb ölkələri Rusiyanın Bəşər Əsədi dəstəklədiyini və dinc sakinləri güllələdiyini iddia etsələr də, Moskva Suriyadakı hərbi əməliyyatların məqsədinin İŞİD-i məhv etmək olduğunu deyir. Bundan başqa, Suriyada dinc sakinlərin ölməsini inkar edir.

Britaniyanın baş naziri Devid Kemeronanın sözlərinə görə isə, Rusiya İŞİD-ə deyil, əksinə, Əsədə qarşı çıxanlara zərbələr endirir: "Bununla da Əsədin hakimiyyətdə qalmasına bir növ köməklik edir", - deyə Kemeron əlavə edib.

 


Devid Kameron - Britaniyanın baş naziri


Britaniyalı baş nazir müsahibəsində bildirib ki, bu "dəhşətli səhvdir" və Rusiyalı prezident Vladimir Putini "kürsünü dəyişdirməyə" və İŞİD-lə mübarizədə ABŞ və Britaniya ordusunu dəstəkləməyə çağırıb.

Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvanın hərəkətlərini səhv adlandırıb və bundan sonra Rusiyanın təcrid olunacağını da vurğulayıb.

Cari ilin sentiyabrın 30-da Rusiya hərbi-hava qüvvələri Suriyada ilk avizərbəsini endirib. İlk hücum Homs şəhərinin yaxınlığında həyata keçirilib. 

 


Rusiyanın Suriyay endirdiyi ilk zərbələr


Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib və müsbət cavab alıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar