Rusiya Türkiyəyə arasında daha bir məhdudiyyətin ləğvi
27.08.2016 1873 0.0 0

Rusiya Nəqliyyat Nazirliyi Türkiyəyə çarter uçuşlarına qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı qərar layihəsini hökumətə təqdim edib.

 

TASS-a istinadən verilən xəbərə görə, bunu baş nazirin mətbuat katibi Natalya Timakova deyib. O, hələ qərar layihəsinin imzalanmadığını söyləyib.

 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, hələlik çarter reyslərinin bərpasından danışmaq tezdir: “Çünki bunun üçün hökumətin qərarı lazımdır”. 

 

Turizm agentliklərindən isə “İnterfaks”a deyiblər ki, Rusiya yaxın günlərdə Türkiyəyə çarter uçuşlarını bərpa edəcək: “İki sutka ərzində Türkiyəyə çarter uçuşları tam bərpa oluna bilər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar