Rusiya təyyarəsi xarici təsir nəticəsində partlayıb
03.11.2015 547 0.0 0

Misirdə çox sayda insanın ölümü ilə nəticələnən “Koqalımavia” aviaşirkətinə aid təyyarənin uğradığı qəza barədə danışan şirkət rəsmisi baş verənləri xarici amillərlə əlaqələndirib.Məlumata görə, şirkət rəsmisi hadisənin texniki nasazlıq və ya pilotun səhvi ucbatından baş verməsini istisna edib. 

Şirkətin direktoru Aleksandr Smirnov quyruq hissəsində daha əvvəl nasazlıq yaranan təyyarə üzərində Moskvada lazımi təmir işlərinin aparıldığını və təyyarənin texniki baxışdan keçdiyini bildirib. Uçuş heyətinin də təyyarə ilə bağlı hər hansı bir şikayəti olmadığını deyən Smirnov uçuşlara təsir edəcək hər hansı bir finans probleminin olmadığını da vurğulayıb. 

 

Qəzanın baş verdiyi yerdən 

 

Təyyarənin öz başına parçalanmasının mümkün olmadığın deyən Aleksandr Smirnov bunun sadəcə kənardan fiziki və ya mexaniki müdaxilə ilə mümkün ola biləcəyini qeyd edib. Şirkət direktoru həmçinin qəza zamanı uçuş heyətinin təyyarəyə nəzarəti tamamilə itirdiyini də qeyd edib. 

Aviasiya üzrə Rusiya Federal Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko bildirib ki, aviaqəza barədə “Koqalımavia” şirkəti erkən bəyanat verib. 

 

Rosaviasiyanın rəhbəri Aleksandr Neradko

 

"Bəli biz bilirik ki, təyyarənin qalıqlarının səpələndiyi ərazi genişdir. Bu parçalanmanın havada, daha yüksəkdə baş verdiyini göstərir. Lakin bunun səbəbləri barədə danışmaq hələlik tezdir və buna heç bir əsas yoxdur". 

“Koqalımavia” aviaşirkətinə aid 224 nəfərin olduğu “Airbus A-321” sərnişin təyyarəsi oktyabrın 31-i, şənbə günü Misirin Şarm əl-Şeyx şəhərindən Sankt Peterburqa yola düşəndən az sonra qəzaya uğrayıb. Qəzadan sonra təyyarədə olan heç kim sağ qalmayıb. 

Bir gün əvvəl qəzada həlak olanlardan 162 nəfərin meyiti təyyarə ilə Sankt-Peterburq şəhərinə Pulkova hava limanına gətirilib. 

 

Sankt Peterburq sakinləri qəzada ölən uşaqların xatirəsini belə yad edib

 

Meyiti tapılanlar arasında qəzanın simvoluna çevrilən 10 aylıq körpə də var. Rusiya mətbuatının məlumatına görə, 10 aylıq Darya "Airbus A321"nın ən kiçik sərnişini olub. 

Rusiya prezidenti Vladimir Putin qəza ilə bağlı nəqliyyat naziri Maksim Sokolovla təkbətək müzakirələr aparıb. Rusiya lideri baş vermiş qəzanın böyük insan faciəsi olduğunu bildirib və zərərçəkənlərin ailələlərinə başsağlığı verərək, onların dərdinə şərik olduğunu diqqətə çatdırıb. Bu, Sinay yarımadasında rus turistlərlə dolu təyyarənin yerə çırpılmasından sonra, Rusiya liderinin insidentlə bağlı ilk çıxışı olub. Putin nazirlə görüşdə, qəza qurbanlarının ailələlərinə yardım məsələsinə xüsusi diqqət ayırmağı və bununla əlaqədar bütün sosial məsələlərin ən qısa zamanda həllini tapşırıb. 

“Baş vermiş hadisənin obyektiv mənzərəsinin yaranması üçün, nəyin baş verdiyini bilməyimiz və ona uyğun addımlar atmağımız üçün bütün lazımı tədbirlər görülməlidir." 

 

Hadisə yerinə baş çəkmiş nazir, öz yerində prezidentə təyyarənin həqiqətən havada partladığını təsdiqləyib. Nazir bildirib ki 31 oktyabr tarixində Şarm əl-Şeyxdən qalxan təyyarə 23-dəqiqəyə yaxın uçuşun ardından havada parçalanıb.

 

Hadisənin baş verdiyi Şarm əl-Şeyx xəritədə

 

Rəsmi Moskva və Qahirə hələ ki, təyyarənin guya İŞİD qruplaşması tərəfindən vurulması ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar