Rusiya təyyarəsi belə partladıldı (VİDEO, FOTO)
18.11.2015 878 0.0 0

Rusiyaya məxsus Airbus A320 təyyyarəsinin Misirdə terror nəticəsində qəzaya uğraması rəsmən təsdiqlənib. Məlumata görə, partlayışın baqaj bölməsində olan çemodanın içindəki partlayıcı qurğunun işə düşməsi səbəbindən baş verdiyi ehtimal edilr.

Rusiyalı mütəxəsislər Airbus A320 təyyarəsində partlayışın necə baş vermə səbəbinin infoqrafikasını bərpa edib. Partlayıcı qurğu baqaj bölməsində qoyulub. Çemodanda olan bomba təyyarə təxminən doqquz min metr hündürlükdə olanda işə düşüb. Partlayış dalğası təyyarəni iki hissəyə bölüb. Füzelyaj və hava gəmisinin quyruğu hələ havada olarkən dağılıb.

 


Partlayıcı qurğunun bu çemodanda olduğu güman edilir

Xüsusi xidmət orqanları bombanın məhz harada olduğunu və partlayışın nə vaxt baş verdiyini aydınlaşdırıb. Mənbələrin sözlərinə görə, qurğunu Şarm-əl-Şeyx aeroportunun əməkdaşı tərəfindən təyyarəyə qoyulduğu müəyyən edilib.

 

Xüsusi xidmət orqanlarının əməkdaşları Airbus A320 təyyarəsinin altında böyük sirli deşik aşkar edib. Bunun səbəbini partlayışın yaranması ilə izah ediblər. Deşiyin kənarlarında partlayıcı maddə qırıntılarının olması göstərir ki, bu ərazidə kustar üsulla hazırlanmış bomba partlayıb.

Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti Sinayda Rusiya laynerinin aviaqəzasının terror aktı səbəbi ilə olduğunu təsdiq edib. Prezident Vladimir Putin bildirib ki, Rusiya xüsusi xidmət orqanları "Koqalımavia" laynerinin partlayışında gunahkarları harada olmasından asılı olmayaraq axtarıb tapacaq və onlar bunun cəzasını çəkəcəklər.

 

 

Rusiyaya məxsus Airbus A320 təyyarəsi oktybarın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.

 

 


Sinay yarımadası - təyyarənin qəzaya uğradığı yer./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar