Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Suriyanın İdlib şəhərində bazarı bombardman edib.
Məlumata görə, Rusiya təyyarələrinin müxaliflərin nəzarəti altında olan Eriha rayonuna bağlı bazarın bombardman etməsi nəticəsində 40 nəfərin öldüyü, 70 nəfərin isə yaralandığı bildirilir.
Şəhərə çox ciddi maddi ziyanın dəydiyi bildirilir. Hücum zamanı yaralananlar səhra xəstəxana çadırlarında müalicə olunurlar.
Bombardman nəticəsində uçulan ev və iş yerlərinin dağıntıları altında axtarışlar davam edir və ölü sayının artacağı istisna edilmir.
İŞİD terrorçu qruplaşması ilə mübarizə çərçivəsində Suiyaya gələn Rusiya ordusuna aid döyüş təyyarələri Homs, Hama və İdlib şəhərilərində müxaliflərin nəzarəti altında olan dinc sakinlərin məskunlaşdığı yerlər bombalanır.
Rusiya tərəfi isə iddia edir ki, onlar dinc sakinlərin olduğu bölgələri deyil, İŞİD terrorçularının mövqelərini bombardman edirlər. Rusiya ordusu bu ilin sentyabrın 30-dan Suriya ərazisində İŞİD terrorçu qruplaşmasına qarşı həbri əməliyyatlara başladığını elan edib.
Bombardmandan sonrakı görüntülər./anspress/