Rusiya Suriyanı lazer başlığı ilə bombardman edir (VİDEO)
04.10.2015 788 0.0 0

Rusiyanın Müdafiə Nazirliyi Suriyada endirdiyi hava zərbələri haqqında məlumat yayıb.

Məluamta görə, Rusiyanın Hərbi Kosmik Qüvvələri bu zərbələr nəticəsində İŞİD terror qruplaşmasının 10 obyektini, o cümlədən 4 məntəqəsini və kamikadze hazırlayan düşərgəsini məhv etdiyini bildirib. 

Nazirliyin "Youtube" video portalındakı səhifəsində Rusiya raketlərinin Suriyadakı məntəqələri bombardman etməsi haqqında video yayımlanıb. 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib ki, "Suriyada terrorçuların hazırlanması üçün istifadə edilən ərazidə infrastruktura ciddi zərbə endirilib".

"Son sutkalar ərzində Su-34, Su-24m və Su-25 təyyarələrinin 20 uçuşu olub. İŞİD terrorçularının 10 obyektinə zərbələr endirilib", - deyə nazirliyin rəsmi məlumatında qeyd edilib. 

 

 


Rusiya hərbi qüvvələrinin düşərgəyə endirdiyi zərbə


Rusiya Hərbi Kosmik Qüvvələrinin nümayəndəsi polkovnik İqor Klimov isə bildirib ki, Suriyada X-29L yüksək dəqiqlikli idarə edilən raket istifadə edilir.

"X-29L-in özü nişan alan lazer başlığı var. Atəş açılan zaman pilot hədəfi lazer nişangahı ilə işqılandırır. Bu zaman təyyarə manevrini davam etdirə bilir", - deyə Klimov bildirib. Onun sözlərinə görə, raket hədəfi 2 metr dəqiqliklə vura bilir. 

Bununla belə, bəzi rusiyalı blogerlər Rusiya Hərbi Hava Qüvvələrinin yaşayış məntəqələrinə zərbələr endirdiyini bildiriblər. Həmin xəbərlərdə bu zaman qəlpə-fuqas aviabombalarından istifadə edildiyi qeyd edilib.

 

"X-29L" raketi


Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar