Rusiya Suriyanı barrel bombası ilə vurdu
11.01.2016 480 0.0 0

Rusiya orsuduna aid təyyarələr Suriyanın İdlib şəhərinin əl-Numan qəsəbəsində yerləşən bazar adlanan ərazisinə atdığı barrel bombası nəticəsində 70 nəfər ölüb, 133 nəfər yaralanıb.

Məlumata görə, Rusiya ordusuna aid 2 təyyarə İdlib şəhərində yerləşən bazar adlanan ərazini, yaşayış məntəqələrini və məhkəmə binasını 4 barrel bombası ilə vurub. Hücumdan sonra binaların dağıntıları altında qalanları çıxarmaq üçün bütün ölkə vətəndaşları səfərbər olublar. 

 

Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir. Ərazidəki xəstəxanalara aparılan yaralılardan 9 nəfəri Reyhanlı xəstəxanasına yerləşdirilib. Digər xəstəxanalara aparılan yaralılardan 2 nəfəri dünyasını dəyişib, 2 nəfərin isə həyatı üçün təhlükə olduğundan reanimasiyaya yerləşdirilib.

Xəstəxanada ölən 2 nəfərlə bərabər ölənlərin sayının 70-ə çatdığı bildirilir. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Bu səbəbdən də ölənlərin və yaralananların sayının artacağı istisna olunmur. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar