Rusiya Suriyada Hərbi Dəniz Qüvvələrinin bazasını yaradır
10.10.2016 674 0
Rusiya Suriyanın Tartus limanında Hərbi Dəniz Qüvvələrinin daimi bazasını yaradacaq.
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bildirib.
Rusiya Federasiya Şurasında çıxış edən N. Pankov deyib ki, Rusiyanın Tartusda daimi hərbi dəniz bazası olacaq.
Müdafiə nazirinin müavini hazırda müvafiq sənədlərin hazırlandığını və dövlət qurumları arasında razılaşdırma mərhələsində olduğunu söyləyib: “Biz tezliklə Federasiya Şurasından bu sənədi ratifikasiya etməyi xahiş edəcəyik”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər