Rusiya Suriyada birbaşa müharibəyə başladı
10.09.2015 2383 0.0 0

ABŞ Yunanıstandan Rusiya əsgərlərinin daşınması üçün istifadə edilən hava sahəsini bağlanmasını istəyib.

Məlumata görə, Rusiyanın Suriyaya hərbi dəstəyini artırmasından narahat olmağa başlayan ABŞ-ın bu istəyinə rəsmi Afinanı cavab verib ki, Rusiya təyyarələri Suriyaya getmək üçün Yunanıstan üzərindən istifadə etmir.

Bundan əvvəl isə Bolqarıstan Rusiya hərbi təyyarələrinin Suriyaya uçmasının qarşısını almaq hava sahəsini bağlayıb. Lakin rəsmi Moskva bəyan edib ki, Rusiya təyyarələri alternativ yollardan istifadə edəcək. Moskva alternativ yolların hansılar olacağı barədə heç bir açıqlama verməyib.

Rəsmi Vaşinqton isə Rusiyanın Suriyada hərbi varlığının artmasından narahat olduğunu bəyan edib. Ağ Evdən verilən açıqlamada bildirilir ki, Suriyada rus əsgərlərin sayının artması bölgədə müharibəni daha da alovlandıracaq.

 

Sergey Lavrov və Con Kerri

 

ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun bu narahatlığını rusiyalı həmkarı Sergey Lavrova telefon danışığı zamanı bildirib. Lavrov Keriyyə cavabında deyib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulmasından bəhs etmək hələ tezdir.

ABŞ hökumətinin rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, Rusiya Suriyada şübhəli hərbi hazırlıqlar həyata keçirir. Onun sözlərinə görə, Rusiya yüzlərlə konteyner evləri Suriyaya daşıyıb.

Suriya müxaliflər isə deyir ki, Suriyada müharibə başlayandan Bəşər Əsəd rejiminə dəstək verən Rusiya son vaxtlar hərbi yardımları geniş şəkildə artırıb. Suriyada olan rus ədgərlərin fotoları sosial şəbəkələrdə də paylaşılıb. Hərbi ekspertlər hesab edir ki, Rusiya birbaşa Suriya müharibəsinə girir.

 


 

Moskva Suriyaya iki desant gəmisi və əlavə aviagəmi yollayıb

“Reuters” agentliyi etibarlı qaynaqlara istinadən xəbər yayıb ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda iştirak edir.

ABŞ Silahlı Qüvvələrindən agentliyə bildirilib ki, Moskva Suriyaya iki desant gəmisi və əlavə aviagəmi yollayıb. Hərbçilərin sözlərinə görə, bu ərəb ölkəsinə son günlər ərzində Rusiya çox da böyük sayda olmayan desant kontingenti çıxarıb.

Pentaqon nümayəndələri Rusiya silahlı qüvvələrinin Suriyada hansı məqsədi güddüyünü hələ ki, dəqiqləşdirə bilməyiblər. Versiyalardan birinə görə, hədəflərdən biri Suriya ordusunun nəzarətindəki liman şəhəri Latakiyanın yaxınlığında enmə zolağı hazırlamaqdır.

“Reuters”in isə birdən-birə üç qaynağı iddia edir ki, Rusiya qoşunları Suriyadakı əməliyyatlarda birbaşa iştirak edir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar