Rusiya səfirliyi atəşə tutuldu
21.09.2015 592 0.0 0

Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Rusiya səfirliyi silahlı müxalifət tərəfindən minaatanlardan atəşə tutulub.
Məlumata görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı xəbər verib.

Xarici siyasət idarəsi hücum hadisəsini pisləyərək, lazımı addımlar atılacağını qeyd edib. Diplomatik əraziyə mina sentyabrın 20-də yerli vaxtla səhər saat 9-da atılıb. Minanın düşdüyü yer ərazidə böyük dəlik açsa da ciddi ziyan vurmayıb. Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında hadisəyə görə "dövlət əleyhinə döyüşçülər" ittiham olunub. Sənəddə qeyd olunur ki, "xarici sponsorlar" onlara "lazımlı təsiri" göstərməlidir. Hadisə nəticəsində zərərçəkən olmayıb.

 


Dəməşqdə yerləşən Rusiya səfirliyi

 

Rəsmi Moskva dəfələrlə vurğulayıb ki, Rusiya Əsəd rejimini dəstəkləyir və terrorizmlə mübarizədə Dəməşqə kömək edir. Bununla belə, ruslar döyüşlərdə iştirakını inkar edir. Kremldə həmçinin terrorizmlə birgə mübarizədə Suriyanın Rusiya Silahlı qüvvələrinin iştirakı haqqında xahişinə baxmağa söz verilib. 

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazında başlanıb. Bu müharibədə ölənlərin sayı 230 mini ötüb, qaçqınların sayı isə - 11,5 milyondur. Qiyamçılar Bəşər Əsədin devirilməsini dəstəkləyirlər.

 


Bölünmüş Suriya ərazisi

 

İki il əvvəl Suriyada yerləşən Rusiya səfirliyi ağır silahlardan atəşə tutulmuşdu. Səfirliy ərazisinə minaatanlar vasitəsi ilə ciddi zərər vurulmuşdu. Həmin vaxt ruslardan xəsarət alan olmasa da, səfirliyi qoruyan suriyalılardan biri həlak olmuş daha 9 nəfər isə yaralanmışdı.

 


2013 cu il Rusiya səfirliyinə olan hücüm /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar